"Volqa" Vaqif Cavadovla yollarını ayırdı

XƏBƏR 11 Yanvar 2012 / 16:15 2514
-  A +

Rusiyanın “Volqa” klubu azərbaycanlı futbolçu Vaqif Cavadovla yollarını ayırıb. Bu haqda Lent.az-a klubun mətbuat xidmətinin rəhbəri Sergey Kozunov məlumat verib.

Onun sözlərinə görə, 23 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərar yaxın vaxtlarda açıqlanacaq. Lakin Kozunov bu qərarın nədən qaynaqlandığını açıqlamayıb:

“Səbəbini baş məşqçimiz Dmitri Çerışev və futbolçunun özündən soruşsanız yaxşı olar. Yəqin ki, Çerışev Cavadovla bu barədə söhbət aparıb. Hər halda Vaqif hazırda Türkiyədə təlim-məşq toplantısında olan komandamızla birgə deyil”.

Qol.Az-ın məlumatına görə, hazırda Bakıda olan Cavadov "Qarabağ" klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, Vaqif Cavadov Rusiyanın “Volqa” klubuna 2011-ci ilin yayında transfer olunub. Hazırda Nijni-Novqorod komandası 16 komandadan ibarət Rusiya Premyer Liqasında 14-cü yeri tutur. Ötən il oktyabrın 19-da isə Cavadov Azərbaycan milli komandasından da 1 il müddətinə kənarlaşdırılıb. Səbəb kimi onun Avstriya ilə oktyabrın 7-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra millimizin düşərgəsini özbaşına tərk etməsi göstərilib. Həmin qərarda bildirilir ki, Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyununu buraxacaq, klub isə 5000 manat cərimə olunacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord