Leonardo Roşa "Qarabağ"dan qovuldu

Leonardo Roşa "Qarabağ"dan qovuldu
XƏBƏR 11 Yanvar 2012 / 15:06 2508
-  A +

"Qarabağ" klubunun braziliyalı futbolçusu Leonardo Roşa komandadan qovulub.

Bu barədə Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəlin sözlərinə görə, qış fasiləsində vətəni Braziliyaya gedən və hələ də komandaya qayıtmayan Roşa artıq "Qarabağ"dan rəsmən qovulub.

Klub rəsmisi "Qarabağ"ı özbaşına tərk edən Roşanın bundan sonra komandaya qayıdacağı təqdirdə belə, qəbul edilməyəcəyini bildirib.

Çəlikəl sonda bu məsələ ilə AFFA və FİFA-ya müraciət edəcəklərini əlavə edib.


Son xəbərlər