Vaqif Cavadov "Volqa"nı tərk edib “Qarabağ”la danışıqlara başladı

ÖLKƏ FUTBOLU 11 Yanvar 2012 / 14:22 2925
-  A +

Rusiyanın “Volqa” klubunun futbolçusu Vaqif Cavadov hazırda Antalyada təlim-məşq toplanışında olan komandasının düşərgəsindən ayrılaraq Bakıya qayıdıb.

Qol.Az-ın əldə etdiyi məlumata görə, Vaqif qış fasiləsində “Volqa”nı tərk etmək və karyerasını Azərbaycanda davam etdirmək fikrindədir.

Cavadovun keçmiş komandası “Qarabağ”la danışıqlara başladığı bildirilir. Əldə etdiyimiz məlumata görə, Cavadov hətta Ağdam klubunun bazasında da olub və klub rəhbərliyi ilə danışıqlar aparıb.

Məsələylə bağlı Qol.Az-ın müxbiri hazırda Bakıda olan Cavadovla əlaqə yaratmaq istəyib. Lakin futbolçu telefon zənglərinə cavab verməyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın