Araz Abdullayev oynadı, komandası növbəti mərhələdə

Araz Abdullayev oynadı, komandası növbəti mərhələdə
GÜNDƏM 12 Yanvar 2012 / 01:46 6308
-  A +

Bu gün Yunanıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin də şərəfini qoruduğu "Panionios" klubu da mübarizəyə qoşulub.

Həmyerlimizin komandası bu mərhələdə Yunanıstan nəhəngi - "Panatinaikos"la qarşılaşıb. "Panionios" bu görüşdə doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi.
 
Bununla belə, meydan sahiblərini olduqca çətin oyun gözləyirdi. Matçın əsas vaxtında hesab açılmadığından əlavə vaxta ehtiyac duyulub. Burada da qapılara qol vurulmadığından qalibə penaltilər seriyasında aydınlıq gəlib. Penalti seriyalarını daha dəqiq yerinə yetirən Arazın komandası növbəti mərhələyə vəsiqə qazanıb - 4:3. 

Qeyd edək ki, Arazın bu görüşdə start heyətində meydana çıxacağı gözlənilirdi ki, bu da baş verib. Həmyerlimiz "Panatinaikos"la matçın start heyətində meydana çıxıb. Lakin Araz 88-ci dəqiqədə əvəzlənib.
 


11 yanvar

Yunanıstan kubokunda 1/8 final mərhələsinin oyunu

23:00. "Panionios" - "Panatinaikos" - 0:0 (Penaltilər seriyası - 4:3)

"Panatinaikos":  - + + + - -

"Panionios": - + - + + +

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord