"İqtisadçı" İtaliyada məğlub oldu

"İqtisadçı" İtaliyada məğlub oldu
GÜNDƏM 12 Yanvar 2012 / 01:12 3430
-  A +

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kubokunda 1/8 final mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz bu mərhələdə səfərdə İtaliyanın "Yamamay" klubu ilə qarşılaşıb.

1/16 finalda Rumıniya "Dinamo Romprest"ni mübarizədən kənarlaşdıran "İqtisadçı" bu dəfə İtaliya təmsilçisini məğlub etməli idi. Lakin təmsilçimiz səfərdə rəqibinə müqavimət göstərə bilməyib. Hər 3 setdə üstün olan "Yamamay" klubu sonda 3:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, cavab oyunu yanvarın 19-da Bakıda keçiriləcək.  



11 yanvar

CEV kubokunda 1/8 final mərhələsinin ilk oyunu
 
23:30. Yamamay (İtaliya) – "İqtisadçı" (Azərbaycan) - 3:0 (26:24, 25:17, 27:25)

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı