İspaniya kuboku: "Real" "Malaqa"nı tək qolla keçdi

İspaniya kuboku: "Real" "Malaqa"nı tək qolla keçdi
DÜNYA FUTBOLU 11 Yanvar 2012 / 02:51 2937
-  A +

İspaniya kubokunun 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Real" (Sosyedad) klubunu qəbul edən "Malyorka" rəqibini darmadağın edib. Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:2 hesabı ilə məğlub olan "Malyorka" evdə 6:1 hesablı qələbəyə sevinib.

Günün digər matçında isə "Santander" və "Mirandes" komandaları üz-üzə gəlib. Səfərdə baş tutan görüşdə aşağı liqa təmsilçisinə uduzan "Santander" evdə də rəqibi ilə bacarmayıb. Öz meydanında "Mirandes"lə 1:1-lik bərabərə qalan "Santander" mübarizəni erkən dayandırıb.

Madridin "Real" klubu isə çətin "Malaqa" səfərinə yollanmışdı. Madriddə baş tutan ilk görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən "Real" səfərdə də "Malaqa"dan üstün olub. Kərim Benzemanın 72-ci dəqiqədə vurduğu qol "kral klubu"na qələbə qazandırmaqla yanaşı, komandanı növbəti mərhələyə yüksəldib.

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan görüşləri bu axşam və sabah keçiriləcək.



10 yanvar

İspaniya kubokunun 1/8 final mərhələsinin cavab görüşləri

"Malyorka" - "Real" (Sosyedad) - 4:1 (ilk oyun - 0:2)
Qollar:
İfran, 16 (0:1), Kastro, 34 (1:1), 40 (4:1), Hemad, 35 (2:1), 59 (6:1), Nunes, 37 (3:1), Alfaro, 53 (5:1)

"Santander" - "Mirandes" - 1:1 (ilk oyun - 0:2)
Qollar:
Münitis, 35 (1:0), İnfante, 72-pen (1:1)

"Malaqa" - "Real" (Madrid) - 0:1 (ilk oyun - 2:3)
Qol:
Benzema, 72 (0:1)

 

11 yanvar

"Levante" - "Alkorkon"   (ilk oyun - 1:2)

"Espanyol" - "Kordoba"  (ilk oyun - 1:2)

"Sevilya" - "Valensiya"  (ilk oyun - 0:1)

 

12 yanvar

"Atletik" (Bilbao) - "Albasete"  (ilk oyun - 0:0)

"Osasuna" - "Barselona"  (ilk oyun - 0:4)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı