Türkiyə kuboku: "Qalatasaray" və "Bursaspor" növbəti mərhələdə

Türkiyə kuboku: "Qalatasaray" və "Bursaspor" növbəti mərhələdə
DÜNYA FUTBOLU 11 Yanvar 2012 / 01:18 2621
-  A +

Türkiyə kubokunda III mərhələnin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Şanlıurfaspor"nı qəbul edən "Bursaspor" klubu rəqibinə heç bir şans verməyib. Meydan sahibləri matçın taleyini elə ilk hissədə həll ediblər. Fasiləyə qədər 4 qol vuran "Bursaspor" oyundan 4:1 hesablı qələbə ilə ayrılıb.

Günün digər qarşılaşması isə İstanbulda baş tutub. Burada "Qalatasaray" klubu "Adana Dəmirspor"la qarşılaşıb. "Cim Bom" da "Bursaspor" kimi rəqibini böyükhesabla məğlubiyyətə uğradıb. Rəqib qapısından 4 qol keçirən "Qalatasaray" növbəti tura vəsiqə qazanıb.

Qeyd edək ki, III mərhələnin qalan görüşləri bu axşam və sabah keçiriləcək.



10 yanvar

Türkiyə kubokunda III mərhələnin oyunları

"Bursaspor" - "Şanlıurfaspor" - 4:1
Qollar:
Ərdoğan, 8 (1:0), Bahadır, 18 (2:0), 30 (4:1), Əziz, 27 (3:0), Depe, 28 (3:1)

"Qalatasaray" - "Adana Dəmirspor" - 4:1
Qollar:
Akman, 17 (1:0), Baytar, 37 (2:0), Yıldırım, 41 (3:0), 67 (4:0), Evirgen, 74 (4:1)

 

11 yanvar

"Boluspor" - "Gənclərbirliyi"

"Eyubspor" - "Eskişehirspor"

"Akhisar Bələdiyyə Gənclik və Spor" - "Kayserispor"

"Qaziosmanpaşa" - "Antalyaspor"

"Buqsaspor" - "Manisaspor"

"Karabükspor" - "Unyespor"

"Trabzonspor" - "Güngören"

"Mersin İdmanyurdu" - "Sivasspor"

"Adanaspor" - "İstanbul BB"

"Ankaragücü" - "Kasımpaşa"

"Beşiktaş" - "Qaziantep BB"

"Samsunspor" - "Orduspor"


 
12 yanvar

"Rizespor" - "Qaziantepspor"

"Fənərbaxça" - "Konya Torku Şəkərspor"


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı