İngiltərə kuboku: Anri "Arsenal"a qayıdışını qolla qeyd etdi

İngiltərə kuboku: Anri "Arsenal"a qayıdışını qolla qeyd etdi
DÜNYA FUTBOLU 10 Yanvar 2012 / 02:46 3190
-  A +

İngiltərə Federasiya kubokunda (FA) III mərhələnin oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma baş tutub.

Londonun "Arsenal" klubu doğma azarkeşləri önündə "Lids Yunayted"lə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. "Topçular"ın əfasənəvi futbolçusu Tyeri Anri "Arsenal"a qayıdışı uğurlu alınıb.

Matçın 68-ci dəqiqəsində meydana çıxan Anri 20 dəqiqə sonra bu mövsüm ilk qolunu vurmaqla komandasına vacib qələbə qazandırıb. London təmsilçisi bu qələbə sayəsində kubokda IV tura adlayıb. 

Qeyd edək ki, "Arsenal" İngiltərə Federasiya kubokunda IV mərhələsində "Aston Villa" ilə üz-üzə gələcək.

 

8 yanvar

İngiltərə Federasiya kubokunda III mərhələnin oyunları

"Mançester Siti" - "Mançester Yunayted" - 2:3
Qollar:
Runi, 10 (0:1), 39 (0:3), Uelbek, 30 (0:2), Kolarov, 48 (1:3), Aquero, 64 (2:3)

"Çelsi" - "Portsmut" - 4:0
Qollar:
Mata, 48 (1:0), Ramires, 85 (2:0), 87 (3:0), Ləmpard, 90+1 (4:0)

"Şeffild Venizdey" - "Vest Hem" - 1:0
Qol:
Kris O'Qradi, 88 (1:0)

"Peterborough" - "Sanderlend" - 0:2
Qollar:
Larson, 48 (0:1), Makklin, 58 (0:2)

 

9 yanvar

"Arsenal" - "Lids Yunayted" - 1:0
Qol:
Anri, 78 (1:0)


 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi