Əsgər Abdullayevin sözləri Coko Haciyevskini özündən çıxardı

Əsgər Abdullayevin sözləri Coko Haciyevskini özündən çıxardı
PREMYER LİQA 5 Aprel 2009 / 21:23 4141
-  A +

“Qapımıza vurulan birinci qol fair-play qaydalarını pozur. Bu qolu əgər UEFA görsə, onda Azərbaycan bütün dünyaya biabır olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik”lə oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis hakimlikdən narazı qaldığını da bildirib: “Mahir Şükürov Skuliçə əllə zərbə endirdikdən sonra qırmızı vərəqə görməliydi. Amma oyunun baş hakimi Zöhrab Qədiyev futbolçunu cəzalandırmadı”.
Ardınca söz “Olimpik”in baş məşqçisi Əsgər Abdullayevə verildi: “Düzdür, birinci qola görə mən də utanıram və üzr istəyə bilərəm. Amma yadınıza salın ki, birinci dövrədəki oyunda da Fabio əllə qol vurmuşdu. Deməli, tarix təkrarlanır”.
Əsgər Abdullayevin bu sözlərindən sonra Coko Haciyevski əsəbləşərək, yerindən qalxıb və otağı tərk edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı