İspaniya La Liqası: "Real" rəqibini 5 qolla keçdi

İspaniya La Liqası: "Real" rəqibini 5 qolla keçdi
DÜNYA FUTBOLU 8 Yanvar 2012 / 03:23 3109
-  A +

Ötən gün İspaniya La Liqasında XVII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

Öz meydanında "Saraqoza"nı qəbul edən "Santander" minimal hesablı qələbəyə sevinib. Matçın 45-ci dəqiqəsində Bernardonun vurduğu qol oyunda yeganə olub - 1:0.

"Real" (Sosyedad) - "Osasuna" və "Levante" - "Malyorka" oyunlarında isə qapılara qol vurulmayıb. Bu görüşlərdə tərəflərin səylərinə baxmayaraq, oyunlar elə başladığı kimi də başa çatıb.

Madridin "Real" klubu isə böyükhesablı qələbə qazanıb. Fasiləyə 2:1 üstün yollanan, "kral klubu" ikinci hissədə daha 3 dəfə fərqlənib. Bununla da, növbəti qələbəsini qazanan "Real" liderliyini qoruyub. 

Günün son qarşılaşması isə Malaqada baş tutub. Burada yerli "Malaqa" klubu Madridin "Atletiko" komandasını qəbul edib. Bu görüşdə də tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, XVII tura bu axşam keçiriləcək oyunlarla yekun vurulacaq.

 

7 yanvar

İspaniya La Liqasında XVII turun oyunları

"Santander" - "Saraqoza" - 1:0
Qol:
Bernardo, 45 (1:0)

"Real" (Sosyedad) - "Osasuna" - 0:0

"Levante" - "Malyorka" - 0:0

"Real" (Madrid) - "Qranada" - 5:1
Qollar:
Benzema, 19 (1:0), 50 (4:1), Riko, 22 (1:1), Ramos, 34 (2:1), İquain, 47 (3:1), Ronaldo, 89 (5:1)

"Malaqa" - "Atletiko" (Madrid) - 0:0

 

8 yanvar

"Rayo Vallekano" - "Sevilya"

"Qetafe" - "Atletik" (Bilbao)

"Vilyareal" - "Valensiya"

"Betis" - "Sportinq" (Xixon)

"Espanyol" - "Barselona"




S

Komandalar

O

Q

H

M

Xal

1.

“Real” (Madrid)

17

14

1

2

43

2.

“Barselona”

16

11

4

1

37

3.

“Valensiya”

16

10

3

3

33

4.

“Levante”

17

9

3

5

30

5.

“Osasuna”

17

6

8

3

26

6.

“Malaqa”

17

7

4

6

25

7.

“Sevilya”

16

6

6

4

24

8.

“Espanyol”

16

7

2

7

23

9.

“Atletik” (Bilbao)

16

5

7

4

22

10.

“Atletiko” (Madrid)

17

5

5

7

20

11.

“Betis”

16

6

1

9

19

12.

“Qetafe”

16

5

4

7

19

13.

“Malyorka”

17

4

7

6

19

14.

“Qranada”

17

5

4

8

19

15.

“Real” (Sosyedad)

17

4

6

7

18

16.

“Santander”

17

3

8

6

17

17.

“Rayo Vallekano”

16

4

4

8

16

18.

“Vilyareal”

16

3

6

7

15

19.

“Sportinq” (Xixon)

16

4

3

9

15

20.

“Saraqoza”

17

2

4

11

10



Son xəbərlər