“Liverpul” yenə irqçi qalmaqalla üzləşdi

“Liverpul” yenə irqçi qalmaqalla üzləşdi
DÜNYA FUTBOLU 7 Yanvar 2012 / 11:35 2408
-  A +

“Liverpul” klubu növbəti dəfə irqçi qalmaqalla üzləşib.

Qol.Az-ın BBC-yə istinadən yaydığı məlumata görə, ölkə kubokunun ücüncü mərhələsinin “Öldhem”ə qarşı keçirilmiş matçında (5:1) liverpullu azarkeşlər rəqibin afrikalı futbolçusu Tom Adeyemiyə qarşı irqçi süarlar səsləndiriblər.  

Baş verən bu insidentdən sonra, 80-ci dəqiqədə Adeyemiyə gözyaşları içində meydanı tərk etmək məcburiyyətində qalıb.

“Liverpul” klubundan bildiriblər ki, faktla bağlı polislə birgə ciddi araşdırma aparacaqlar.

Qeyd edək ki, bu yaxınlarda “Liverpul”un futbolçusu Luis Suares “Mançester Yunayted”in afrikalı mənşəlli futbolçusu Patris Evranı təhqir edərək onu “meymun” adlandırmışdı.

 


Son xəbərlər