Nazir Hiddinkin qazancını açıqladı

Nazir Hiddinkin qazancını açıqladı
DÜNYA FUTBOLU 3 Yanvar 2012 / 12:10 2233
-  A +

Türkiyənin gənclər və idman naziri Suat Kılıç milli komandanın sabiq baş məşqçisi Quus Hiddinkə 18 ay işlədiyi dövrdə ödənilən pulun məbləğini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, nazir Hiddinkə 4 milyon avro verildiyini bildirib.

Suat Kiliç Hiddinkə bundan əlavə qeyri-rəsmi pul ödənilmədiyini deyib.

Qeyd edək ki, Hiddinkin rəhbərliyi altındda Türkiyə millisi “Avro-2012”nin final mərhələsinə vəsiqə qazana bilməyib. Bundan sonra Türkiyə Futbol Federasiyası hollandiyalı mütəxəssisi istefaya göndərib.


Son xəbərlər