Ərdoğanı “Fənərbaxça”nın vitse-prezidenti olmağa qoymayıblar

Ərdoğanı “Fənərbaxça”nın vitse-prezidenti olmağa qoymayıblar
DÜNYA FUTBOLU 1 Yanvar 2012 / 14:23 2678
-  A +

İstanbulun “Fənərbaxça” klubunun sabiq prezidenti Əli Şən Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğan haqda maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatına müsahibəsində o deyib ki, klubun prezidenti işlədiyi dövrdə “Fənərbaxça”lı olan Ərdoğana vitse-prezident vəzifəsini təklif edib. 1994-98-ci illərdə “Fənər”ə rəhbərlik edən Əli Şən bununla bağlı Ərdoğanla görüşdüyünü deyib: “Amma Türkiyənin o vaxtkı baş naziri Nəcməddin Ərbakan Ərdoğanın “Fənərbaxça”da işləməsinə razı olmadı”.

Ə.Şən Ərdoğanın İstanbulun bələdiyyə başçısı işlədiyi dövrdə “Fənərbaxça”nın Samandradakı bazasının tikintisinə yardım etdiyini söyləyib.


Son xəbərlər