"Anji"yə yeni baş məşqçi təyin olundu

"Anji"yə yeni baş məşqçi təyin olundu
DÜNYA FUTBOLU 27 Dekabr 2011 / 10:47 2639
-  A +

Rusiyanın “Anji” futbol klubuna yeni baş məşqçi təyin olunub. Qol.Az-ın məlumatına görə, bu, Rusiyanın ikinci yığma komandasına rəhbərlik edən Yuri Krasnojandır.

48 yaşlı mütəxəssislə 5 illik müqavilə bağlanıb. Əvvəllər Krasnojan Nalçikin “Spartak” və Moskvanın “Lokomotiv” klublarının sükanı arxasında olub.

Onun təyinatınadək “Anji”də baş məşqçi səlahiyyətlərini yerinə yetirmiş Andrey Qordeyev, oynayan məşqçi Roberto Karlos və böyük məşqçi vəzifəsində çalışan azərbaycanlı mütəxəssis Vaqif Sadıqov isə işlərini davam etdirib-etdirməyəcəkləyi hələ bilinmir.

Qeyd edək ki, Rusiya Premyer Liqasında 32 turdan sonra “Anji” 7-ci yerdədir.


Son xəbərlər