İngiltərə Premyer Liqası: "Mançester Siti" büdrədi, lider dəyişmədi

İngiltərə Premyer Liqası: "Mançester Siti" büdrədi, lider dəyişmədi
DÜNYA FUTBOLU 27 Dekabr 2011 / 01:40 2986
-  A +

Ötən gün İngiltərə Premyer Liqasında XVIII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Fulhem"lə qarşılaşan "Çelsi" rəqibi ilə bacarmayıb. İkinci hissəyə qolla başlayan London təmsilçisi az sonra qapısında top görüb. Bununla da, "Çelsi" xal itkisi ilə üzləşib - 1:1.

Premyer Liqanın hazırki lideri "Mançester Siti" də turu xal itkisi ilə başa vurub. Səfərdə "Vest Bromviç"in qonağı olan "şəhərlilər" oyundan bir xalla ayrılıb - 0:0. Bununla belə, Mançester təmsilçisi yenə liderlik mövqeyini qoruyub.

"Liverpul" komandası da bu tur qələbəyə həsrət qalıb. Öz meydanında "Bləkbörn"lə qarşılaşan "mersisaydlılar" görüşdən 1 xalla ayrılıb - 1:1. Bu nəticədən sonra "Liverpul" xalını 31-ə yüksəldib.

Digər Mançester təmsilçisi "Mançester Yunayted" isə turu böyükhesablı qələbə ilə başa vurub. Doğma azarkeşləri önündə "Uiqan"ı qəbul edən "qırmızı şeytanlar" rəqibini 5 cavabsız qolla məğlub edib - 5:0.

Qeyd edək ki, tura bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.

 

26 dekabr

İngiltərə Premyer Liqasında XVIII turun oyunları

"Çelsi" - "Fulhem" - 1:1
Qollar:
Mata, 47 (1:0), Dempsey, 56 (1:1)

"Vest Bromviç" - "Mançester Siti" - 0:0

"Mançester Yunayted" - "Uiqan" - 5:0
Qollar:
Park, 8 (1:0), Berbatov, 41 (2:0), 58 (3:0), 78-pen (5:0), Valensiya, 75 (4:0)

"Sanderlend" - "Everton" - 1:1
Qollar:
Kolbak, 26 (1:0), Baynes, 51pen (1:1)

"Liverpul" - "Bləkbörn" - 1:1
Qollar:
Adam, 45-avtoqol (0:1), Rodriqez, 53 (1:1)

"Bolton" - "Nyukasl" - 0:2
Qollar:
Ben Arfa, 69 (0:1), Demba Ba, 71 (0:2)

"Stok Siti" - "Aston Villa" - 0:0

 


27 dekabr

"Arsenal" - "Vulverhempton"

"Suonsi" - "Kvins Park Reyncers"

"Norviç" - "Tottenhem"





S

Komandalar

O

Q

H

M

Xal

1.

“Mançester Siti”

18

14

3

1

45

2.

“Mançester Yunayted”

18

14

3

1

45

3.

“Tottenhem”

16

11

2

3

35

4.

“Çelsi”

18

10

4

4

34

5.

“Arsenal”

17

10

2

5

32

6.

“Liverpul”

18

8

7

3

31

7.

“Nyukasl”

18

8

6

4

30

8.

“Stok Siti”

18

7

4

7

25

9.

“Vest Bromviç”

18

6

4

8

22

10.

“Everton”

17

6

3

8

21

11.

“Norviç”

17

5

6

6

21

12.

“Aston Villa”

18

4

8

6

20

13.

“Fulhem”

18

4

7

7

19

14.

“Sanderlend”

18

4

6

8

18

15.

“Suonsi”

17

4

6

7

18

16.

“Kvins Park Reyncers”

17

4

4

9

16

17.

“Vulverhempton”

17

4

3

10

15

18.

“Uiqan”

18

3

5

10

14

19.

“Bolton”

18

4

0

14

12

20.

“Bləkbörn”

18

2

5

11

11

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi