Messi yenə birinci oldu

Messi yenə birinci oldu
DÜNYA FUTBOLU 24 Dekabr 2011 / 16:11 2829
-  A +

"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, Fransanın "L'Equipe" qəzetinin apardığı sorğuya əsasən Messi növbəti dəfə ilin idmançısı seçilib.

Daha öncə ölkəsində ilin idmançısı seçilən Messi bu dəfə də bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Sorğuda 807 xalla qalib olan argentinalı futbolçu ilin ən yaxşı futbolçusu mükafatı uğrunda da mübarizəsini davam etdirir.

 

1. Lionel Messi (Argentina) 807 xal
2. Novak Djokoviç (Serbiya) 699 xal
3. Sebastian Vettel (Almaniya) 255 xal
4. Nikola Karabatiç (Fransa) 221 xal
5. Kelli Slater (ABŞ) 214 xal
6. Teddi Riner (Fransa) 211 xal
7. Sebastiyen Loeb (Fransa) 204 xal
8. Dirk Novitzki (Almaniya) 133 xal
9. Riki MkKav (Yeni Zellandiya) 128 xal
10. Kadel Evans (Avstraliya) 110 xal


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın