Arsen Venger Anrini "Arsenal"a qaytarır

Arsen Venger Anrini "Arsenal"a qaytarır
DÜNYA FUTBOLU 24 Dekabr 2011 / 14:16 2672
-  A +

"Arsenal"ın klubunun sabiq hücumçusu Tyeri Anrinin komandaya qaytarılması yenidən gündəmə gəlib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "topçular"ın baş məşqçisi Arsen Venger Anrini yenidən "Arsenal"a qaytarmaq niyyətindədir.

Yanvar sonu, fevralın əvvəllərində Jervinyo və Maruan Şamakın Afrika Millətlər kubokuna yollanması ilə "Arsenal"ın hücum xəttində ciddi boşluqlar yaranacaq.

Bundan narahat olan fransalı mütəxəssis Anrini icarə əsasında komandaya qaytarmaqla yaranacaq boşluğu aradan qaldıracağına inanır:

"Bu barədə hələ də düşünürəm. Anrinin icarə əsasında komandada çıxış etməsi bizim üçün yaxşı olar. Ancaq hələlik onunla bu barədə söhbətimiz olmayıb. Bizim yekun qərar verməyimiz üçün 7 gün vaxtımız var. Bu müddət ərzində Anri ilə bağlı qərarımızı açıqlayacağıq".

Qeyd edək ki, 1999-2007-ci illərdə məhz "Arsenal"ın şərəfini qoruyub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın