Qalmaqal. Futbolçu azarkeşi təpiyinin altına saldı, aləm bir-birinə dəydi (VİDEO)

VİDEO 22 Dekabr 2011 / 11:40 2840
-  A +

Dünən Hollandiya kubokunda keçirilən “Ayaks” – “AZ Alkmaar” matçında Amsterdam klubunun azarkeşi meydana daxil olaraq qonaq komandanın qapıçısına hücum edib.

Qol.Az-ın məlumatına görə, bu zaman özünü müdafiəyə qalxan kosta-rikalı qapıçı Esteban Alvarado azarkeşi təpikləməyə başlayıb. Hakim isə ona qırmızı vərəqə göstərib. Bundan sonra “AZ Alkmaar”ın baş məşqçisi komandasını meydandan çıxarıb. Bu səbəbdən hakim hesab 1:0 olarkən “Ayaks”ın xeyrinə matçı dayandırmalı olub.

35 min azarkeşin izlədiyi oyunda qapıçıya hücum edən xuliqan polisə verdiyi ifadədə Alvaradoya nifrət etdiyini üçün bu addımı atdığını söyləyib.
 



Son xəbərlər