Türkiyə Superliqası: "Fənərbaxça" büdrədi, "Qalatasaray" vahid lider oldu

Türkiyə Superliqası: "Fənərbaxça" büdrədi, "Qalatasaray" vahid lider oldu
DÜNYA FUTBOLU 22 Dekabr 2011 / 03:01 3052
-  A +

Ötən gün Türkiyə Superliqasında XVII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

Öz meydanında "Ankaragücü"nü qəbul edən "Kayserispor" inamlı qələbə qazanıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Kayseri təmsilçisi xalını 25-ə yüksəldib.

Son Türkiyə çempionu "Fənərbaxça" isə bu tur səfərdə "Antalyaspor"un qonağı olub. Lakin "sarı-lacivərdlilər" turu bir xalla baş vurublar. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

"Fənərbaxça"nın xal itirməsindən maksimum yararlanan "Qalatasaray" isə turu qələbə ilə başa vurub. Matçın 64-cü dəqiqəsində Səlcuk İnanın vurduğu qol "Cim Bom"a minimal hesablı qələbə qazandırıb - 1:0. Bununla da, "Qalatasaray" vahid lider olub.

Qeyd edək ki, tura bu axşam keçiriləcək 4 qarşılaşma ilə yekun vurulacaq.


 

21 dekabr

Türkiyə Superliqasında XVII turun oyunları

"Kayserispor" - "Ankaragücü" - 3:0
Qollar:
Troisi, 6 (1:0), 22 (2:0), Yılmaz, 32 (3:0)

"Mersin İdmanyurdu" - "Eskişehirspor" - 0:0

"Antalyaspor" - "Fənərbaxça" - 0:0

"Qalatasaray" - "Manisaspor" - 1:0
Qol:
Səlcuk İnan, 64 (1:0)

"Sivasspor" - "Samsunspor" - 3:2
Qollar:
Banke, 15 (0:1), 73 (3:2), Kerni, 19 (1:1), Qrosiçki, 26 (2:1), Nas, 57 (3:1)

 

22 dekabr

"Gənclərbirliyi" - "İstanbul BB"

"Trabzonspor" - "Orduspor"

"Qaziantepspor" - "Bursaspor"

"Beşiktaş" - "Karabükspor"





S

Komandalar

O

Q

H

M

Xal

1.

“Qalatasaray”

17

11

4

2

37

2.

“Fənərbaxça”

17

10

5

2

35

3.

“Eskişehirspor”

17

9

3

5

30

4.

“Beşiktaş”

16

8

5

3

29

5.

“Mersin İdmanyurdu”

17

7

6

4

27

6.

“Kayserispor”

17

8

1

8

25

7.

“Gənclərbirliyi”

16

7

4

5

25

8.

“İstanbul BB”

16

6

6

4

24

9.

“Manisaspor”

17

6

6

5

24

10.

“Sivasspor”

17

6

6

5

24

11.

“Trabzonspor”

16

5

6

5

21

12.

“Antalyaspor”

17

5

6

6

21

13.

“Bursaspor”

16

4

6

6

18

14.

“Orduspor”

16

4

5

7

17

15.

“Qaziantepspor”

16

3

6

7

15

16.

“Karabükspor”

16

3

3

10

12

17.

“Samsunspor”

17

2

6

9

12

18.

“Ankaragücü”

17

1

4

12

7

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord