Devid Bekhem Fransa klubu ilə anlaşdı

Devid Bekhem Fransa klubu ilə anlaşdı
XƏBƏR 22 Dekabr 2011 / 02:16 2067
-  A +

Futbol üzrə İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Fransanın PSJ klubu ilə anlaşma şərtlərini razılaşdırıb. Qol.Az-ın “Le Parisien” nəşrinə istinadən verdiyi məlumata görə, 36 yaşlı yarımmüdafiəçi 2012-ci ilin yanvarında yarım illik müqavilə imzalayacaq.

Onun əmək haqqı ayda 800 min avro olacaq. Bekhemin gəlirləri müqavilədə göstərilən məbləğdən də çox ola bilər. Çünki məşhur futbolçu reklam və marketinqdən də qazanacaq.

“The Daily Mail” qəzeti isə yazır ki, PSJ Devid Bekhem və ailəsinə mənzil verəcək, futbolçunun 3 oğlu – 12 yaşlı Bruklin, 9 yaşlı Romeo və 6 yaşlı Krusun məktəbə qəbul edilməsilə məşğul olacaq. Ailədə 6 yaşlı Harper adlı qız da böyüyür.

Qeyd edək ki, Devid Bekhemin 2007-ci ildə ABŞ-ın “Los Anceles Qalaksi” komandası ilə bağladığı müqavilə bu il dekabrın sonlarında başa çatır. 2011-ci ildə o, ABŞ çempionu olub. “Los Anceles Qalaksi”də çıxış etdiyi müddətdə Bekhem 2 dəfə İtaliya “Milan”ında icarə əsasında çıxış edib.

ABŞ-a yollananadək yarımmüdafiəçi İspaniyanın "Real" (Madrid) və İngiltərənin “Mançester Yunayted” klublarının şərəfini qoruyub, Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb


Son xəbərlər