İngiltərə Premyer Liqası: Mançester təmsilçilərindən darmadağın

İngiltərə Premyer Liqası: Mançester təmsilçilərindən darmadağın
DÜNYA FUTBOLU 22 Dekabr 2011 / 01:50 2528
-  A +

Ötən gün İngiltərə Premyer Liqasının XVII tuunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 7 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Stok Siti"ni qəbul edən "Mançester Siti" inamlı qələbə qazanıb. Rəqibini 3 dəfə məyus edən Mançester təmsilçisi liderliyini davam etdirir.

Səfərdə "Aston Villa"nın qonağı olan "Arsenal" klubu da turu qələbə ilə başa vurub. Matçın son dəqiqələrində Benayunun vurduğu qol London təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 2:1.

"Liverpul" klubu isə bu tur səfərdə "Uiqan"la qarşılaşıb. Lakin bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Bununla da, Liverpul təmsilçisi bu tur bir xalla kifayətlənib.

Mançester şəhərinin digər təmsilçisi "Mançester Yunayted" isə bu tur darmadağınla yadda qalıb. Səfərdə "Fulhem"in qonağı olan "qırmızı şeytanlar" rəqibini 5 cavabsız qolla məğlub edərək xalını 42-yə yüksəldib.

Qeyd edək ki, tura bu axşam keçiriləcək "Tottenhem" - "Çelsi" matçı ilə yekun vurulacaq.

 


20 dekabr

İngiltərə Premyer Liqasında XVII turun oyunları

"Vulverhempton" - "Norviç" - 2:2
Qollar:
Surman, 12 (0:1), Bleyk, 37 (1:1), Cəkson, 76 (1:2), Zubar, 82 (2:2)

"Bləkbörn" - "Bolton" - 1:2
Qollar:
Deyvis, 5 (0:1), Koker, 30 (0:2), Yakubu, 67 (1:2)

 


21 dekabr

"Mançester Siti" - "Stok Siti" - 3:0
Qollar:
Aquero, 29 (1:0), 54 (3:0), Conson, 36 (2:0)

"Aston Villa" - "Arsenal" - 1:2
Qollar:
Van Persi, 17-pen (0:1), Albriqton, 54 (1:1), Benayun, 87 (1:2)

"Nyukasl" - "Vest Bromviç" - 2:3
Qollar:
Odemvinqie, 20 (0:1), Demba Ba, 34 (1:1), 81 (2:2), Şorey, 44 (1:2), 85 (2:3)

"Uiqan" - "Liverpul" - 0:0

"Kvins Park Reyncers" - "Sanderlend" - 2:2
Qollar:
Bendtner, 19 (0:1), Sesseqnon, 53 (0:2), Helquson, 63 (1:2), Makie, 67 (2:2)

"Everton" - "Suonsi" - 1:0
Qol:
Osman, 60 (1:0)

"Fulhem" - "Mançester Yunayted" - 0:5
Qollar:
Uelbek, 5 (0:1), Nani, 28 (0:2), Qiqqz, 43 (0:3), Runi, 88 (0:4), Berbatov, 90+1 (0:5)

 

22 dekabr

"Tottenhem" - "Çelsi"



 

S

Komandalar

O

Q

H

M

Xal

1.

“Mançester Siti”

17

14

2

1

44

2.

“Mançester Yunayted”

17

13

3

1

42

3.

“Tottenhem”

15

11

1

3

34

4.

“Çelsi”

16

10

2

4

32

5.

“Arsenal”

17

10

2

5

32

6.

“Liverpul”

17

8

6

3

30

7.

“Nyukasl”

17

7

6

4

27

8.

“Stok Siti”

17

7

3

7

24

9.

“Norviç”

17

5

6

6

21

10.

“Vest Bromviç”

17

6

3

8

21

11.

“Everton”

16

6

2

8

20

12.

“Aston Villa”

17

4

7

6

19

13.

“Fulhem”

17

4

6

7

18

14.

“Suonsi”

17

4

6

7

18

15.

“Sanderlend”

17

4

5

8

17

16.

“Kvins Park Reyncers”

17

4

4

9

16

17.

“Vulverhempton”

17

4

3

10

15

18.

“Uiqan”

17

3

5

9

14

19.

“Bolton”

17

4

0

13

12

20.

“Bləkbörn”

17

2

4

11

10



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki