İspaniya kuboku: Türklər oynadı, "Real" qələbə qazandı

İspaniya kuboku: Türklər oynadı, "Real" qələbə qazandı
DÜNYA FUTBOLU 21 Dekabr 2011 / 02:50 3104
-  A +

Ötən gün İspaniya kubokunun IV turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Malyorka" ilə qarşılaşan "Sportinq" (Xixon) rəqibinə məğlub olub. Hər iki hissədə bir qol buraxan meydan sahibləri sonda görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.

Öz meydanında "Selta Veqo"nu qəbul edən "Espanyol" isə inamlı qələbəyə sevinib. Rəqibini 4 dəfə məyus edən meydan sahibləri inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Madridin "Real" klubu isə kubok matçında aşağı liqa təmsilçisi "Ponferradina"nu sınağa çəkib. Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Yeri gəlmişkən bu oyunda meydana çıxan "Real"ın türkiyəli futbolçusu Nuri Şahin komandada ilk qoluna imza atıb. Üstəlik bu görüşdə "Real"ın heyətində olan bütün türk futbolçular Həmid Altıntop, Nuri Şahin və Məsut Özil də 90 dəqiqə meydanda olublar.

"Sevilya" da kubok matçını qələbə ilə başa vurub. Lakin meydan sahibləri aşağı liqa təmsilçisi "San Roku de Lepe"lə görüşdə çətin qələbə qazanıb. İkinci hissədə iki dəfə fərqlənən "Sevilya" 79-cu dəqiqədə qapısında top görüb. Bununla belə, əndəluslar qələbə hesabını qoruya biliblər - 2:1.

Qeyd edək ki, turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.

 

20 dekabr

İspaniya kubokunun IV turunun oyunları

"Sportinq" (Xixon) - "Malyorka" - 0:2
Qollar:
Menendez, 19-avtoqol (0:1), Nsue, 69 (0:2)

"Espanyol" - "Selta Veqo" - 4:2
Qollar:
Veiss, 30 (1:0), Vaskez, 48 (2:0), Mallo, 57-avtoqol (3:0), Rodriqez, 62 (3:1), 90+1 (4:2), Qarsiya, 67 (4:1)

"Real" (Madrid) - "Ponferradina" - 5:1
Qollar:
Kallehon, 25 (1:0), 88 (5:1), Nuri Şahin, 44 (2:0), Varane, 49 (3:0), Reyes, 53 (3:1), Xoselu, 79 (4:1)

"Sevilya" - "San Roku de Lepe" - 2:1
Qollar:
Kanute, 53-pen (1:0), 61 (2:0), Rodriqez, 79 (2:1)

 

21 dekabr

"Atletiko" (Madrid) - "Albasete"

"Betis" - "Kordoba"

"Rayo Vallekano" - "Santander"

"Levante" - "Deportiva"

"Malaqa" - "Qetafe"

"Saraqoza" - "Alkorkon"

"Qranada" - "Real" (Sosyedad)

"Vilyareal" - "Mirandes"

"Osasuna" - "Almeria"

"Atletik" (Bilbao) - "Oviedo"

 


22 dekabr

"Valensiya" - "Kadiz"

"Barselona" - "Hospitalet"


Son xəbərlər