Vidadi Rzayev: «Foqts bu qədər pul alırsa, vicdanla işləməlidir»

Vidadi Rzayev: «Foqts bu qədər pul alırsa, vicdanla işləməlidir»
MÜSAHİBƏ 3 Aprel 2009 / 13:47 3360
-  A +

Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Vidadi Rzayev milli komandamızın və futbolunun hazırkı durumu ilə bağlı Qol.Az saytına müsahibə verib


- Rusiya-Azərbaycan oyunuyla bağlı fikirlərin necədir?
- İlk dəqiqələrdən pis başlamadıq. Amma get-gedə rəqib üstünlüyü ələ aldı. Həm də biz yalnız müdafiə olunduğumuzdan nəticədə 0:2 hesabı ilə uduzduq. Hücum etmək lazımdır axı. Müdafiədə oturmaqla iş bitmir. Cəmi 2-3 dəfə uzaq məsafədən rəqib qapısına zərvə vurduq, onun da biri dirəyə dəydi.
- Belə başa düşdüm ki, əvvəlki illərlə müqayisədə milli komandada heç bir inkişaf görmürsən?
- Yox, mən heç bir inkişaf görmürəm. Baxmayaraq ki, indi legionerləri də milli komandaya cəlb ediblər. Əvvəllər məğlub olsaq da, heç olmasa hücum edirdik, qol vururduq. İndi bu da yoxdur. Yalnız Vaqif Cavadovun dirəyə dəyən zərbəsi təhlükəli oldu, onda da hesab 0:2 idi, həm də oyunun son dəqiqələri gedirdi.
- Amma bir şey də var ki, hücum etmək üçün gərək səviyyəli hücumçu olsun. Səncə, bizdə bu var?
- Bizim bundan da böyük problemimiz odur ki, orta xəttə oynayacaq pleymeykerimiz yoxdur. Hücumçu təkbaşına neyləsin? Subaşiç ilk yarıda çox çalışdı. Vaqif da ikinci hissədə qol vurmaq üçün əlindən gələni etdi. Gərək hücumçunu topla təmin edəsən ki, o da qol vursun. Müsir futbolda əksəriyyək xətti müdafiəyə fikir verir və müdafiəçilər də hücuma kömək edir. Amma bizim cinah müdafiəçilərinin timsalında mən bunu görmədim. Durduqları yerdən irəli getmirdilər.
- Foqtsu çox tənqid edirlər. Buna münasibətin.
- Bir mütəxəssis kimi Foqtsu tənqid edə bilmərəm. O, məşqçi kimi Avropa çempionu adını qazanıb. Bu faktın özü onun səviyyəsini göstərir. Sadəcə, mənim narazılığım başqa şeyə görədir. Məsələn oyun qurtaran kimi Foqts dərhal Almaniyaya gedir. Belə olmamalıdır. O, gəlməlidir, oyunu təhlil etməlidir, baxmalıdır, kim harada səhv etdi, niyə qol buraxdıq. Bundan başqa milli komandanın baş məşqçisi klubları da daim nəzarətdə saxlamalıdır, onların iştirakı ilə oyunları izləməlidir. Foqts başa düşməlidir ki, əgər bu qədər pul alırsa, qarşılığında vicdanla işləməli və Azərbaycan futbolunun inkişafına töhvə verməlidir. Mən ümumiyyətlə bunun tərəfdarıyam ki, Foqts Azərbaycanda yaşamalıdır. Yoxsa, 10-15 günlüyünə bura gəlib, 1-2 çempionat oyunu izləməklə iş bitmir. Həm də bizim ondan öyrənməli çox şeyimiz var. Şəxsən mən Foqtsdan öyrənmək istəyirəm. Amma dediyim kimi, o vaxtının çox hissəsini Almaniyada keçirir.
- Moskvada rusların bizim himnimizi fitə basması yəqin ki, sənin üçün də gözlənilməz olmadı.
- Bilirsiniz, biz onsuz qonaqpərvər millətik. Kim bizə gəlirsə, süfrəmizin yuxarı başında otuzdururuq. Amma kənarda eyni qonaqpərvərliyi bizə göstərmirlər. İnanıram ki, heç olmasa, bu dəfə ruslara orada bizə göstərdikləri «hörmətin» əvəzini ödəyərik.
- Səncə bu seçmə mərhələdə Azərbaycan millisi neçə xal yığmağa ümid edə bilər ?
- Proqnoz verə bilmərəm. Hələ ki 1 xal yığmışıq. Yəqin ki, 6 xaldan çox olmayacaq.
- Azərbaycan futbolunun və çempionatının səviyyəsi necə, artıb yoxsa, aşağı düşüb?
- Hər şeyin göstərici reytinqdir. Əgər bu gün, Azərbaycanın milli komandası FİFA-nın reytinq sıralamasında 138-ci yerdə qərarlaşıbsa, çempionatımız ən güclü “100-lüy”ə, klublarımız isə “350-liy”ə düşə bilmirlərsə, o zaman bu məsələni heç müzakirə etməyinə dəyməz.
- Baş məşqçi işləməyə hazırlaşmırsan?
- Baş məşqçi işləmək üçün gərək təklif olsun (gülür). Bu təklif olmayandan sonra kiməsə deməyəcəm ki, məni baş məşqçi götür.
- Bir vaxtlar çiyin-çiyinə futbol oynadığınız Yunis Hüseynov, Qurban Qurbanov, Ramiz Məmmədov və İqor Ponomaryov baş məşqçi kimi fəaliyyət göstərirlər. Onların fəaliyyətini necə qiymətləndirərdin?
- Onların iş sistemlərinə bələd olmadığımdan haqqlarında da nəsə deyə bilmərəm. Yalnız işlərində uğurlar arzulayardım. Ən azı özümüzünkülərdir və istərdim ki, böyük uğurlara imza atsınlar.
- Ümimiyyətlə adlarını çəkdiyimiz məşqçilərlə münasibətiniz necədir?
- Normal. Rastlaşanda görüşürük. Yəni heç biri ilə sıx dostluq münasibətim yoxdur, amma “salam”, “sağ ol” öz yerində. Keçmişdə İqor Ponomaryovla aramızda promlemim olmuşdu. O, mənim haqqımda mətbuatda xoş olmayan sözlər söyləmişdi, mən də cavabını vermişdim. Artıq bunlar hamısı keçmişdə qalıb və xatırlamaq istəmirəm.
- Siz o vaxt Ponomaryovu qeyri-vətənpərvər olmamaqda günahlandırmışdınız. Maraqlıdır ki, ölkə mətbuatına verdiyi açıqlamasında Alim Qurbanov da “Xəzər-Lənkəran”ın baş məşqçisinə qarşı analoji ittiham irəli sürüb. Alimin fikrincə, Lənkəran klubunun qış hazırlığında keçirdiyi və 20 yanvara təsadüf edən yoxlama görüşlərinin birində Ponomaryov kapitanlıq sarğısını Emin Quliyevdən alıb litvalı futbolçuya vermişdi.
- Alim düz deyir. Bəlkə də burada ciddi elə bir şey yoxdur. Amma mən də elə hesab edirəm ki, damarında Azərbaycan qanı axan birisi 20 yanvar günü kapitanlıq sarğısını azərbaycanlı futbolçudan alıb əcnəbiyə verməməlidir.

 

 

Daha çox


Son xəbərlər
20.11.19  21:30

Ronaldo evləndi