İspaniya La Liqası: Altıntop vurdu, "Real" "Sevilya"nı 6 qolla keçdi

İspaniya La Liqası: Altıntop vurdu, "Real" "Sevilya"nı 6 qolla keçdi
DÜNYA FUTBOLU 18 Dekabr 2011 / 03:18 3916
-  A +

Ötən gün İspaniya La Liqasında XVI turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Qonşu pillələrdə qərarlaşan "Malyorka" - "Qetafe" oyunu qonaqların qələbəsi ilə başa çatıb. Matçın 10-cu dəqiqəsində hesabda geri düşən qonaqlar 2 qol vurmaqla oyundan 3 xalla ayrılıblar - 2:1.

Səfərdə "Sportinq" (Xixon) klubunun qonağı olan "Espanyol" isə meydanı qələbə ilə tərk edib. Fasiləyə məğlub yollanan qonaqlar ikinci hissədə 2 qol vurmaqla görüşü öz xeyirlərinə başa vurublar - 2:1.

Doğma azarkeşləri önündə "Saraqoza"nı qəbul edən "Atletik" (Bilbao) klubu da bu tur qələbəyə sevinib. Rəqibini 2:1 hesabı ilə məğlub etməklə xalını 22-yə yüksəldən "Atletik" turnir cədvəlinin 8-ci pilləsinə qalxıb.

Madridin "Real" klubu isə səfərdə "Sevilya" ilə qarşılaşıb. Lakin "kral klubu" rəqibinə heç bir şans verməyib. "Sevilya"nın qapısından 6 top keçirən "Real" xalını 40-a yüksəldərək yenidən zirvədə qərarlaşıb. "Real"ın türkiyəli futbolçusu Həmid Altıntop isə La Liqada və komandasında ilk qoluna imza atıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 5 oyunla yekun vurulacaq.



17 dekabr

İspaniya La Liqasında XVI turun oyunları

"Malyorka" - "Qetafe" - 1:2
Qollar:
Ramis, 10 (1:0), Barrada, 28 (1:1), 44 (1:2)

"Sportinq" (Xixon) - "Espanyol" - 1:2
Qollar:
Bifouma, 2 (0:1), Barral, 60 (1:1), Qarsiya, 84 (1:2)

"Atletik" (Bilbao) - "Saraqoza" - 2:1
Qollar:
Laskurain, 7 (1:0), Ponzio, 22-pen (1:1), Toquero, 87 (2:1)

"Sevilya" - "Real" (Madrid) - 2:6
Qollar:
Ronaldo, 10 (0:1), 41 (0:3), 85-pen (1:5), Kallehon, 37 (0:2), Di Mariya, 66 (0:4), Navas, 69 (1:4), Altıntop, 89 (1:6), Neqredo, 90+2 (2:6)

 

18 dekabr

"Atletiko" (Madrid) - "Betis"

"Qranada" - "Levante"

"Osasuna" - "Vilyareal"

"Santander" - "Real" (Sosyedad)

"Valensiya" - "Malaqa"



 

S

Komandalar

O

Q

H

M

Xal

1.

“Real” (Madrid)

16

13

1

2

40

2.

“Barselona”

16

11

4

1

37

3.

“Valensiya”

15

9

3

3

30

4.

“Levante”

15

9

2

4

29

5.

“Sevilya”

16

6

6

4

24

6.

“Malaqa”

15

7

3

5

24

7.

“Espanyol”

16

7

2

7

23

8.

“Atletik” (Bilbao)

16

5

7

4

22

9.

“Osasuna”

15

5

7

3

22

10.

“Atletiko” (Madrid)

15

5

4

6

19

11.

“Qetafe”

16

5

4

7

19

12.

“Malyorka”

16

4

6

6

18

13.

“Real” (Sosyedad)

15

4

4

7

16

14.

“Betis”

15

5

1

9

16

15.

“Qranada”

15

4

4

7

16

16.

“Rayo Vallekano”

16

4

4

8

16

17.

“Vilyareal”

15

3

6

6

15

18.

“Sportinq” (Xixon)

16

4

3

9

15

19.

“Santander”

15

2

7

6

13

20.

“Saraqoza”

16

2

4

10

10


Son xəbərlər