"Anji"dən təklif almışdım, ancaq..."

"Anji"dən təklif almışdım, ancaq..."
XƏBƏR 15 Dekabr 2011 / 01:36 2407
-  A +

"Sevilya" klubunun hücumçusu Fredirix Kanute Rusiyanın "Anji" klubundan təklif aldığını bildirib.

Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu sonda "Sevilya"da qalmağı Rusiyaya getməkdən üstün tutduğunu vurğulayıb:

"Anji"dən təklif almışdım. Ancaq sonda "Sevilya"da qalmağı üstün tutdum. Çünki bura mənim üçün daha rahatdır. Rusiyada oynamaq isə mənə çətin olardı.

Qış transfer pəncərəsi dönəmində də komandamı tərk etmək niyyətim yoxdur. Hazırda bütün diqqətimi komandamın uğuruna yönəltmişəm. "Sevilya"nı daha yüksək yerlərdə görmək istəyirəm".  

Qeyd edək ki, 2005-ci ildən "Sevilya"da çıxış edən Kanute komandanın heyətində keçirdiyi 192 oyunda 87 qola imza atıb.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord