"Bakı" qızıl medallarına qovuşdu (FOTOLAR)

XƏBƏR 15 Dekabr 2011 / 00:15 2143
-  A +

2010-2011-ci illər mövsümü Azərbaycan çempionu "Bakı" klubunun əvəzediciləri ötən gün çempionluq medallarına qovuşublar.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı"nın futbol akademiyasında təşkil olunan tədbirə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də qatılıb. Qaliblərin hədiyyələrini də, məhz PFL prezidenti təqdim edib.

Təltifetmə mərasiminə əvəzedici komandanın üzvləri, məşqçilər, klub rəsmiləri qatılmışdılar. "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov çempion komandanı təbrik edərək, arzularını dilə gətirib:

"Bakı" futbol klubunda gənc və yeniyetmə futbolçular üçün hər cür şərait yaradılıb. Güclü mütəxəssislər cəlb olunub. Nəticə əldə etmək, futbolçu yetişdirmək, inkişaf etmək üçün əlimizdən gələni edirik. Arzu edirəm ki, tezliklə bu uşaqların səsi Avropa meydanarından gəlsin".

Ötən mövsümün yekunlarına əsasən ikinci və üçüncü yeri tutmuş "Turan" və "Qəbələ" də Tovuzda keçirilən XVII turun oyunundan öncə Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.








































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər