"Baku Fires" Meksika klubuna qarşı

XƏBƏR 14 Dekabr 2011 / 23:36 1869
-  A +

Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turun matçında Azərbaycanın “Baku Fires” və Meksikanın “Mexico City Guerreros” komandaları qarşılaşacaqlar.  Qol.Az-a "Baku Fires"in mətbuat xidmətindən verilən məlumata görə, görüş dekabrın 17-də, saat 20:00-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Mexico City Guerreros”

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika)

61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan)

73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ)

85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç)

+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador)

WSB-nın reqlamentinə asasən boksçular döyüşdən sonra 12 gün ərzində rinqə çıxa bilməzlər. Bu səbəbdən “Leipzig Leopards”-ı (5:0) məğlub edən “Baku Fires”in heyəti tam olaraq dəyişdirilib.

Meksikalılarla matça hazırlaşan beş boksçumuzdan hamısı bu mövsümdə hərəyə iki döyüş keçiriblər. Qairbek Qermaxanov, Mədadi Naqzibəyov və Azamat Murtuzəliyev iki dəfə qalib gəliblər. Heybulla Mürsəlovun aktivində bir qələbə və bir məğlubiyyət var. Hacı Murtuzəliyev isə hər iki döyüşdə uduzub.

“Mexico City Guerreros”un heyətində Asiya çempionatının və Asiya Oyunlarının mükafatçısı Xurşıd Tocibayev və Cənubi Amerikanın çempionu Xorxe Kuinonyesı qeyd etmək olar.

Turnir cədvəli:
1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
2. Leipzig Leopards – 9, 13-7 (4)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)

Dekabrın 16-da «В» qrupunda daha iki matç baş tutacaq:

"Istanbul Bosphorus" (Türkiyə) – "Beijing Dragons" (Çin)

"Leipzig Leopards" (Almaniya) – "Paris United" (Fransa)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı