Dünya çempionatının ilk finalçısı müəyyənləşdi

Dünya çempionatının ilk finalçısı müəyyənləşdi
XƏBƏR 14 Dekabr 2011 / 18:37 2253
-  A +

Yaponiyada təşkil olunan klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Braziliyanın "Santos" klubu finala çıxan ilk komanda olub.

Yarımfinalda Yaponiyanın "Kasiva Reysol" klubu ilə qarşılaşan "Santos" rəqibini 3:1 hesabı ilə məğlub edib.

Sabah isə digər yarımfinal cütündə İspaniyanın "Barselona" və Qətərin "Əl-Sədd" klubları üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının final görüşü dekabrın 18-də keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı