"Spartak"ın azərbaycanlı futbolçusu “Real Saraqosa”da

"Spartak"ın azərbaycanlı futbolçusu “Real Saraqosa”da
XƏBƏR 14 Dekabr 2011 / 17:19 3241
-  A +

Moskvanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov qış fasiləsində böyük ehtimalla başqa komandaya keçəcəyini deyib.

Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibəsində o bildirib ki, əsas heyətə düşə bilmədiyi üçün icarəyə verilməsini xahiş edib:

“Mənim yaşımda daim oynamaq lazımdır. İnanıram ki, “Spartak”da öz şansımı qazanacağam. Amma gözləməkdənsə, hərəkət etmək lazımdır. Qarşıdakı yarım ildə sakit şəkildə hardasa oynamaq lazımdır. Özünə tam əmin olduqdan sonra isə yeni güclə “Spartak”da çıxış etmək olar”.

Emin Mahmudov boş vaxtlarında kompüterdə futbol oynadığını deyib: “Mənim kompüterdəki komandam “Real Saraqosa”dır. Bilərəkdən zəifi seçmişəm ki, ondan güclü komanda düzəldim. Artıq özümü də bu komandaya “transfer etmişəm”, hər dəfə əsas heyətdə oynayıram, hətta Avropa Liqasını da qazanmışıq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın