Emin Mahmudov: «Azərbaycanda millisində oynamaq pulla həll olunmur»

Emin Mahmudov: «Azərbaycanda millisində oynamaq pulla həll olunmur»
ÖLKƏ FUTBOLU 14 Dekabr 2011 / 16:59 3067
-  A +

Moskvanın «Spartak» klubunun futbolçusu Emin Mahmudov Rusiya, yoxsa Azərbaycan millisində oynamaqla bağlı hələ seçim etməyib.

Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibəsində o deyib ki, hələlik öz klubunda əsas heyətdə oynaya bilmədiyinə görə milli haqda fikirləşmir.

«Azərbaycan tərəfdən mənə maraq var. Onlar Moskvaya gəlib mənimlə danışıqlar da apardılar. Hələ o vaxt Rusiya millisinə dəvət almayan Səmədova da eyni təklifi etdiklərini dedilər. Amma bildirdim ki, hələlik qərar verə bilməyəcəyəm. Əgər kimsə düşünürsə ki, bu məsələni pula həll etmək olar, yanılır. Mənim üçün indi oynamaq pul qazanmaqdan daha vacibdir» - deyə o bildirib.

Jurnalistin "Azərbaycan millisini seçsən, Rusiya pasportu olmana baxmayaraq, ölkəmizdə legioner hesab olunacaqsan. Buna nəzərə almısanmı" sualına Eminin cavabı belə olub: "Bu, məhz əsas məqamlardan biridir. "Spartak"da onsuz da legioner çoxdur. Ona görə də Rusiya vətəndaşlığımın olması üstünlükdür".

Daha çox


Son xəbərlər