"Anji"nin növbəti hədəfi - Droqba

"Anji"nin növbəti hədəfi - Droqba
XƏBƏR 14 Dekabr 2011 / 16:51 2201
-  A +

Rusiyanın "Anji" klubu növbəti ulduz futbolçunu transfer etməyə hazırlaşır.

Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi bu dəfə "Çelsi"nin hücumçusu Didye Droqbaya "elçi" düşüb.

"Anji" rəhbərliyi "Çelsi" ilə 2012-ci ilin iyununa qədər müqaviləsi olan Droqbanı transfer etməklə hücum xəttini gücləndirmək niyyətindədir.

Lakin 33 yaşlı futbolçu ilə Çinin "Şanxay Şenhua" klubu da yaxından maraqlanır. Hansı ki, bu komanda daha öncə "Çelsi"nin digər hücumçusu Nikolya Anelkanı transfer edib.

Qeyd edək ki, 2004-cü ildə "Çelsi"yə transfer olunmuş Droqba keçirdiyi 300-yə yaxın oyunda 144 dəfə rəqib qapılarına yol tapıb. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı