Elvin Məmmədov: “Parks öz üzərində daha çox işləməlidir”

Elvin Məmmədov: “Parks öz üzərində daha çox işləməlidir”
MÜSAHİBƏ 14 Dekabr 2011 / 16:25 3356
-  A +

“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmməvovun Qol.Az saytına müsahibəsi

- Komandanız son turda “Rəvan”la qarşılaşmada da vacib iki xal itirdi. Səncə, nəyə görə?

- Düzdü, komanda olaraq çox pis oynadıq. Bunun dəqiq nə ilə bağlı olduğunu deyə bilmərəm. Lakin bir şey də var ki, bəzi əsas oyunçularımızın zədə üzündən bizə kömək edə bilməməsi də öz sözünü deyir. Məsələn, aparıcı futbolçularımızdan Şoliçi misal göstərmək olar. “Bakı”nın əsas qol ümidlərindən olan Parks isə zədəli halda meydana çıxır. Bu siyahıya özümü də daxil edə bilrəm.

- “Bakı” son iki turun nəticəsinə görə dörd xal itirib. Belə davam edərsə, komandan yüksək yerlər uğrunda mübarizədə şanslarının azalacağını düşünmürsən?

- Qarşıda hələ hər bir güclü komandanın xal itirə biləcəyi “altılq” oyunları var. Biz “altılıq”da mövqeyimizi tam möhkəmlədib onrakı qarşılaşmalara çox ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, çempionluq uğrunda yarışan hələ çox komandanın turnir cədvəlində mövqeyi dəyişəcək. Məsələn, “Xəzər Lənkəran” hamıdan xeyli qabaqda olsa da, sonradan bunun ardını gətirə bilmədi. Məncə, bizim həm çempionluğu, həm də kuboku qazanmaq şanslarımız var.

- Komandanızın qeyri-sabit oyununu nə ilə əlaqələndirirsən? Axı, "Bakı"da kifayət qədər təcrübəi futbolçu var.

- Mən indiyə kimi deyirdim ki, bizə zaman lazımdır. Ancaq indi deməyə söz tapmıram. Sizin də dediyiniz kimi, səviyyəli futbolçularımız olsa da, nədənsə oyunları alınmır. Bilmirəm bu, futbolçuların özündən asılı olan bir şeydimi? Dörd tur öncə deyə bilıərdim ki, onlar bizim komandada yenidir, uyğunlaşa bilmirlər. Amma indi görünən odur ki, bu problemin zamanla bir əlaqəsi yoxdu, başqa səbəblər var.

- Nə kimi?

- Birincisi, elə özümdən başlayım. Zədə məndən əl çəkmək istəmir. Son üç matçda harsa 90 dəqiqə meydanda olmuşam. Qalan qarşılaşmalarda 15-20 dəqiqə mübarizə aparmışam. Komandanın ən yaxşılarından biri Parks götürsək, bir oyun oynayır, digər qarşılaşmada meydana çıxmağa zədə mane olur. Sanki “Bakı”ın futbolçuları zədə epidemiyaslna yoluxub. Lakin bütün bunlara baxmayaraq, heyətdəki futbolçular yaşından, adından, səviyyəsindən asılı olmayaraq, daha çox çalışmalıdır. Bu gün Uinston Parks öz üzərində daha çox işləməlidir. Hər kəs yaxşı bilir ki, futbolçu öz üzərində məsuliyyət hiss etməsə, çox çalışmasa, məqsədinə nail ola bilməz.

- Baş məşqçiniz Aleksandr Starkov hələ ki, komandanın nəbzini tuta bilmir. Bəlkə başqa məşqçi olsaydı, işinin öhdəsindən daha yaxşı gələrdi?

- Starkov özü də deyir ki, biz belə oyun oynamamalıyıq. Bir oyun, üç oyun yaxşı çıxış etsək də, sonradan qırılma prosesi baş verir. Baş məşqçi də çalışır ki, öz adına görə komandası yaxşı oynasın.Yəni onun məşqçilik etdiyi komanda daha yüksək yerlərdə olsun. Uğursuzluğu sırf Starkovla bağlaya bilmərəm. “Bakı”da məşqçi əməyi olduğunu unutmaq olmaz. Çatışmazlıqların sırf futbolçulardan asılı olduğunu düşünürəm.

- Bəlkə heyətinizdəki səviyyəli legionerlərin bir az özündən razılığı da komandanın yaxşı çıxış etməsinə mane olur?

- Klubda səviyyəli futbolçular var. Ancaq komandada hər kəs bir-biriylə mehriban rəftar edir. Komandanın məşqçisi hər kəsə eyni səviyyədə yanaşır. Mən hələ belə bir məşqçi görməmişəm. Futbolçuları bir-birindən seçmir. Starkov elə komanda yaradıb ki, kimsə özünü yuxardan apara bilməz.

- Çempionluq yolunda özünüzə əsas rəqib kimi hansı klubu görürsən?

- Demək olar ki, bütün iddialı klubları. Çünki hər biri yaxşı legionerlərlə gücləndirilmiş səviyyəli komandadır. Xüsusilə “Qarabağ”, “Neftçi” və  “İnter”i qeyd edə bilərəm. Bütün çətinliklərə baxmayaraq, “Bakı”nın çempion olması üçün əlimizdən gələni etməyə çalışacağıq. İnşallah, istəyimizə nail olarıq.

Əli HƏYATİ


 

Daha çox


Son xəbərlər