Samuel Eto'Oya 7 oyunluq cəza

Samuel Eto
XƏBƏR 14 Dekabr 2011 / 15:17 2411
-  A +

Kamerun milli komandasının kapitanı Samuel Eto'O yığmanın heyətindən kənarlaşdırılıb.

Qol.Az-ın məlumatına görə, bu haqda qərarı Kamerun Futbol Federasiyası (KFF) verib.

Cəzaya isə futbolçunun Anqola ilə keçirilən yoldaşlıq görüşündə oynamaqdan imtina etməsi səbəb olub. Samuelin bu hərəkətinə hüquqi qiymət verən KFF futbolçunu 7 oyunluq yığmadan kənarlaşdırıb.

Qeyd edək ki, LG Cup turnirindəki qələbəyə görə vəd olunan mükafatı ala bilməyən Eto'O Anqolaya qarşı oynamaqdan imtina etmişdi.


Son xəbərlər