"Barselona"nın hücumçusu Premyer Liqa yolunda

"Barselona"nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 14 Dekabr 2011 / 14:32 3143
-  A +

"Barselona" klubunun hücumçusu David Vilya karyerasını İngiltrərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 30 yaşlı futbolçu ilə Premyer Liqa klubları yaxından maraqlanır.

Son zamanlar "Barselona"nın əsas heyətindən kənarda qalan Vilyanın mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.

İngiltərənin "Liverpul", Çelsi" və "Aston Villa" klubları Vilyanı öz heyətinəd görmək istəyir. Lakin futbolçu hələlik qərar verməkdə tələsmir.

Qeyd edək ki, 2014-cü ilə qədər komandasıyla müqaviləsi olan Vilya 42 milyon avro müqabilində "Valensiya"dan "Barselona"ya transfer olunmuşdu.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı