"Ronaldo Messiyə qarşı oynayanda güclü təzyiq hiss edir"

XƏBƏR 14 Dekabr 2011 / 12:25 2689
-  A +

Madridin "Real" klubunun keçmiş futbolçusu Quti sabiq komandasının "Barselona"ya son məğlubiyyətinə (1:3) görə portuqaliyalı Kriştiano Ronaldonun tənqid olunmasıyla razı deyil.

Qol.Az-ın məlumatına görə, həmin qarşılaşmadan sonra madridli azarkeşlər zəif oyunu səbəbindən Ronaldonu fitə basıblar. 

"Məğlubiyyəti bir nəfərin ayağına yazmaq doğru olmaz. Əlbəttə, Ronaldo potensialını tam göstərə bilmədi. Ola bilər ki, Ronaldo Messiyə qarşı oynayanda güclü psixoloji təzyiq hiss edir" - deyə Quti bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı