“Foqts dedi ki, pulu unudun”

XƏBƏR 14 Dekabr 2011 / 11:56 2761
-  A +

“Bu ili özüm üçün uğurlu saya bilmərəm. Çünki klubumda yaxşı çıxış edə bilərdim. Azərbaycan millisinə dəvət almağı isə yeganə müsbət amil kimi qiymətləndirə bilərəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya “Volqa”sının hücumçusu Şamil Qurbanov klubun rəsmi saytına müsahibəsində bildirib.
Azərbaycan millisinin təlim-məşq toplanışına dəvət alması haqda danışan Qurbanov hələlik yalnız hazırlıq prosesinə cəlb ediməsini də özü üçün irəliyə doğru addım sayır: “Klubumda məşqçilərim, komanda yoldaşlarım məni bu münasibətlə təbrik etdilər”.

Şamil Qurbanov baş məşqçi Berti Foqts haqda da fikirlərini bildirib: “O, məndə yaxşı təəssürat oyatdı. Foqts bizimlə çox və açıq danışırdı. Onun əsas fikri bu idi ki, futbolçu heç vaxt özündən razı olmamalı və hər zaman üzərində işləməlidir. Gənclərə söylədi ki, pulu unudun və əvəzedici və ya əsas komandada çıxış etməyinizdən asılı olmayaraq, yalnız məşq edin, daim oynayın”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı