Avroliqa həyəcanını “Topaz”da yaşa!

ETOPAZ 14 Dekabr 2011 / 11:35 3692
-  A +

“Topaz” yenə rəngarəng oyun seçimi ilə görüşünüzə gəlir. Üstəlik, bu dəfə qazanmaq imkanınız daha yüksəkdi! Çünki günün proqramında Avroliqa həyəcanı var. Bu yarışın qrup mərhələsinin son turu ərəfəsində demək olar ki, komandaların nəyə qadir olduğu və nəyə iddia etdiyi artıq bəllidi. 

“Beşiktaş” ilk oyundakı məğlubiyyətin revanşını almaq və qrupu lider tamamlamaq üçün mütləq “Stok Siti”ni “İsmət İnönü” stadionundan əliboş yola salmalıdı. Heç- heçə təqdirində ingilislər birinci, “qara qartallar” ikinci pillədən növbəti mərhələyə yüksəlir. Məğlubiyyət isə Kiyev “Dinamo”suna qrupdan çıxmaq imkanı yaradır. Amma bunun üçün elə bir stimulu olmayan “Stok”un qələbəsi kifayət etmir. “Dinamo” Tel-Əviv “Makkabi”sinin qapısına mümkün qədər çox top vuraraq, qələbə çalmalıdı. Kiyevdəki qarşılaşma proqnozlaşdırıldığı kimi məhsuldar keçəcəkmi? “Qarta Qartal” riskə gedəcək, yoxsa sakitcə heç-heçəsini oynayacaq? Siz necə düşünürsüz? Cavabınızı “Topaz” məntəqələrində qəbul edirik.

Digər qruplarda da oxşar vəziyyətlər və daha intriqalı qarşılaşmalar var. Seçimi sizin ixtiyarınıza buraxırıq.

Bundan başqa, Yaponiyada təşkil edilən Klublar arasında Dünya Çempionatında iki çox maraqlı duel var.  Üstəlik, “Monterrey” – “Esperanse” və “Kaşiva” – “Santos” görüşləri TƏK oyun kimi də qəbul edilir.

Düşünürük ki, Türkiyə çempionatının bu günə təxirə salınmış “Trabzonspor” – “Gənclərbirliyi” matçı da diqqətinizi çəkməlidi. Başı Çempionlar Liqasına qarışan trabzonluların fikrini Superliqaya yönəltmək vaxtı çoxdan çatıb.

“Topaz” sizləri əsl futbol həyacanını bizimlə yaşamağa və qazanmağa dəvət edir.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

“Topaz”


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın