Samuel Eto'O Kamerunda xəstəxana tikdirir

Samuel Eto
XƏBƏR 14 Dekabr 2011 / 02:53 2156
-  A +

"Anji" klubunun kamerunlu kapitanı Samuel Eto'O valideynlərinin doğma şəhəri olan Nqambeyə 120 min avro vəsait ayırıb.

Qol.Az-ın məlumatına görə, Kamerun millisinin futbolçusu həmin şəhərdə müasir xəsətəxana tikdirmək niyyətindədir.

Gələn ay daha 610 min avro vəsait xərcləyəcəyini bildirən Eto'O bu haqda belə danışıb: "Bu şəhərdə xəstəxana demək olar ki yoxdur. Yerli sakinlər müalicə olunmaq üçün uzun yol qət etməli olurlar. Ancaq mən bu yolu qısaltmaq niyyətindəyəm".

Qeyd edək ki, Kamerunda ən müasir xəstəxana Dualada tikilib ki, bu şəhər də Nqambedən təxminən 100 kilometr aralıda yerləşir.

Daha çox


Son xəbərlər