"Bavariya"nın daha bir hücumçusu "Latsio"ya doğru

"Bavariya"nın daha bir hücumçusu "Latsio"ya doğru
XƏBƏR 14 Dekabr 2011 / 01:23 2533
-  A +

Daha öncə Miroslav Klozeni "Bavariya"dan alan İtaliyanın "Latsio" klubu növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Roma təmsilçisi bu dəfə "Bavariya"nın xorvatiyalı hücumçusu İlisa Oliçə "elçi" düşüb.

Münhen təmsilçisinin əsas heyətindən kənarda qalan Oliç də "Latsio"nun təklifini müsbət qarşılayıb. Futbolçu bu barədə belə danışıb: "Yanvar ayında komandanı tərk edəcəyəm. Çünki mən baş məşqçinin planlarına daxil deyiləm. Mənə əsas heyətdə oynamaq şansı verilmir.

Buna görə də "Bavariya"dan getməyi düşünürəm. Artıq mənə təkliflər də var. "Latsio" klubu mənimlə yaxından maraqlanır. Bu komandada oynamaq mənim üçün böyük şərəf olar".

Qeyd edək ki, 2009-cu ildə "Bavariya"ya gələn futbolçu bu komandada meydana çıxdığı 37 oyunda 17 dəfə fərqlənib.

 


Son xəbərlər