Türkiyə Superliqasında növbəti iki istefa

Türkiyə Superliqasında növbəti iki istefa
GÜNDƏM 14 Dekabr 2011 / 00:45 3288
-  A +

Bu mövsüm Türkiyə superliqasına qayıdan “Orduspor”un baş məşqçisi istefa verib. Qol.Az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, baş məşqçi Mətin Diyadin son turlarda göstərilən aşağı nəticələrdə özünü günahkar bilib və istefa verib.
 
Uzun fasilədən sonra ölkə çempionatına qayıdan kluba bundan sonra kimin baş məşqçilik edəcəyi yaxın günlərdə məlum olacaq. “Orduspor” mövsümə əla başlayıb. Komanda superliqanın ilk turlarında ardıcıl qələbələr qazanaraq liderlər qrupunda qərarlaşıb. Lakin son 8 turda debütant 8 oyunun 5-də məğlub olub və 3 oyunun heç-heçə başa vurub.
 
Lakin "Orduspor"la yanaşı, Superliqanın autsayderi olan "Ankaragücü" klubunda da istefa gerçəkləşib. Geridə qalan 15 turdan sonra yalnız 1 qələbə və 3 heç-heçə ilə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan paytaxt təmsilçisi baş məşqçi Ziya Doğanla yollarını ayırıb. Bununla da, son bir ayda Superliqada 3 məşqçi dəyişikliyi baş verib.

Qeyd edək ki, ötən ay "Karabükspor" klubu baş məşqçisi Yücel İldizi istefaya göndərmişdi. İldizi isə "Bakı" klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz əvəzləmişdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın