"France Football" ilin futbolçusunu açıqladı

"France Football" ilin futbolçusunu açıqladı
XƏBƏR 14 Dekabr 2011 / 00:01 2768
-  A +

İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema 2011-ci ildə Fransanın ən yaxşı futbolçusu sayılıb.

Qol.Az-ın məlumatına görə, Benzema “France Football” nəşrinin sorğusu nəticəsində qalib olub.

İlin məşqçisi hazırda Fransa “Lill”inə rəhbərlik edən Rudi Qarsiya seçilib. Onun komandası ötən mövsüm ölkə çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsini keçə bilməyib.

Qeyd edək ki, “France Football” ilin oyunçusu mükafatını 1958-ci ildə təsis edib. Müxtəlif vaxtlarda Raymon Kopa, Mişel Platini, Jan-Pyer Papen, Zinəddin Zidan, Tyerri Anri bu mükafata sahib olub. 2010-cu ildə isə qalib adını Samir Nəsri qazanıb.


Son xəbərlər