Mərkəzi oyun yenə Elçin Məmmədova tapşırıldı

Mərkəzi oyun yenə Elçin Məmmədova tapşırıldı
GÜNDƏM 13 Dekabr 2011 / 19:21 3647
-  A +

AFFA Hakimlər Komitəsi bu həftə keçiriləcək Unibank Premyer Liqasının oyunları üçün hakim təyinatlarını açıqlayıb.

Komitənin sədri Xaqani Məmmədov Qol.Az-a bildirib ki, şənbə gün başa tutacaq turun mərkəzi oyunu - «İnter» - «Neftçi» qarşılaşması Elçin Məmmədova həvalə olunub.

Qeyd edək ki, Məmmədov son turun mərkəzi oyunu olan «Xəzər Lənkəran» - «Qarabağ» matçının da baş hakimi idi.

17-ci turun digər qarşılaşmalarını - «Bakı» - «Sumqayıt» oyununu Vüsal Əliyev, «Turan» - «Qəbələ» matçını Elnur Muradov, AZAL - «Simurq» qarşılaşmasını Anar Salmanov, «Qarabağ» - «Rəvan» görüşünü Fariz Yusifov, «Kəpəz» - «Xəzər Lənkəran» oyununu isə  Əliyar Ağayev idarə edəcək.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki