Ərəblərdən Maradonaya 3 oyunluq cəza

Ərəblərdən Maradonaya 3 oyunluq cəza
XƏBƏR 13 Dekabr 2011 / 18:56 2538
-  A +

"Əl-Vasl" klubunun baş məşqçisi Dieqo Armando Maradona 3 oyunluq cəzalandırılıb.

Qol.Az-ın məlumatına görə, buna Maradonanın "Əl Ayn"la oyunda rəqib komandanın baş məşqisini təhqir etməsi səbəb olub.

"Əl Ayn"lə görüşdə rəqibinə 0:2 hesabı ilə məğlub olan Maradona sinirlərinə hakim ola bilməyib və həmkarı ilə mübahisəyə qalxıb.

Baş verənləri araşdıran Birləşmiş Ərəb Əmirliklərinin Futbol Federasiyası (BƏƏFF) Maradonaya 3 oyunluq cərimə kəsib. Dünya futbolunun canlı əfsanəsi eyni zamanda 2,7 min dollar pul cəzasına da məruz qalıb.

Qeyd edək ki, Maradona bu məğlubiyyətdən sonra turnir cədvəlinin 5-ci piləsinə qədər yuvarlanan komandanısının uğursuzluğunda oyunları idarə edən hakimləri günahlandırıb.     


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın