"Fənərbaxça" Əmrə Belözoğlunu qovdu

"Fənərbaxça" Əmrə Belözoğlunu qovdu
DÜNYA FUTBOLU 13 Dekabr 2011 / 18:07 4099
-  A +

Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyi təcrübəli futbolçu Əmrə Belözoğlunu heyətdən kənarlaşdırıb.

Qol.Az-ın məlumatına görə, buna səbəb Əmrənin “Bursaspor”la Superliqa matçından sonra qalmaqal törətməsi olub.

31 yaşlı oyunçu 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra komanda yoldaşı Kristian Baroni ilə dalaşıb. İnsident epizodların birində “Bursaspor”lu futbolçunun yerdə qalmasından sonra Baroninin topu auta çıxarması ilə başlayıb. Əmrə Kristianın üstünə bağırıb.

O, davanı paltardəyişmə otağının dəhlizində də davam etdirib. Hətta Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocamana yumruq atmağa cəhd edib. Əmrənin müddətsiz cəzaya məruz qaldığı müəyyənləşib. Səbəbkarın özü isə qərarla bağlı hələlik açıqlama vermək istəmədiyini deyib.

Qeyd edək ki, “Fənərbaxça” növbəti matçını daha bir iddialı klub sayılan “Trabzonspor”a qarşı keçirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord