Rəşad Abdullayev: “Hamı yaxşı bilir ki, mənim “Neftçi”də öz yerim var”

MÜSAHİBƏ 13 Dekabr 2011 / 15:58 4073
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi

- AFFA-nı sənin barəndə çıxardığı dörd oyunluq cəza müddəti AZAL-la oyunda başa çatdı. Sənin yoxluğunda komandan necə təsir bağışladı?

- Yalnız Qəbələdəki qarşılaşmada bir az uşaqların oyunu alınmadı. Bir “Qəbələ” ilə matçı çıxmaq şərtiylə bütün oyunlarda əla təsir bağışladılar. Komanda yoldaşlarım hamısı canla-başla mübarizə apardılar. Nəticə baxımından da, hər şey yaxşı oldu. Sevindirici haldı ki, “Neftçi” çempionatda rəqib qapılarına ən çox top vuran komandadır. Çalışacağam ki, heyətə qayıdanda uğurlu çıxışların ardını gətirmək üçün əlimdən gələni edim.

- Çoxları elə düşünürdü ki, sənin yoxluğun komandanın uğursuz çıxış edəcək. Ancaq,mövqeyində oynayan Ruslan Əmircanov işinin öhdəsindən pis gəlmədi.

- Komanda yoldaşlarımın içində mənə ən yaxın olanlardan biri də Ruslan Əmircanovdur. Onun uğurlu çıxışına mən də çox sevinirəm. Müdafiəçi olmağına baxmayaraq, hücum qoşulanda yaxşı təsir bağışladı. “Neftçi” indi elə bir vəziyyətdir ki, hansısa oyunçu olmasa belə, digəri onun yerini doldurmağı bacarır.

- Bir aydır ki, futbol oynamırsan. Bu amil qarşıdakı görüşlərdə çıxışlarına təsir edə bilər?

- Oyunlarda iştirak edə bilməsəm də, məşqlərdə daim komandayla birgə çalışırdım. Düzdü, oyun praktikası tamam başqa şeydir. Çünki məşqlərdə nə qədər çox iştirak etsən də, oyuna çıxmağın yerini vermir. İnşallah, qarşıdan gələn “İnter”lə oyunda özümü tam göstərməyə çalışağacam.

- Ruslan Əmircanovun yaxşı çıxış etməsi və dörd turdur oynamamağın əsas heyətdə yerini itirmənə səbəb ola bilər?

- Qərarı məşqçilər verəcək. Kimi layiq bilsələr, onu da meydana buraxacaqlar. Hamı yaxşı bilir ki, mənim “Neftçi”də öz yerim var. Hər kəs əla bilir ki, Rəşad Abdullayev kimdir. Bütün məşqçilə heyəti və futbolçular da yaxşı bilir ki, Rəşad oynayan mövqedə hücumlarım çox kəsərli olur. Digər tərəfdən, belə bir söz də var ki, udan heyəti dəyişmirlər. Lakin bir daha deyirəm, qərarı məşqçilər heyəti verəcək.

- Yeri gəlmişkən, “İnter”lə qarşıdakı oyundan nə gözləyirsən?

- “İnter” müdafiədə yaxşı oynayan və ən az top buraxan komandadır. Onlarla oynamaq bizə bir əz çətindir. Çünki rəqib futbolçusu müdafiəyə çəkilərək ümüdlərini əks hücumlara bağlayır. Oyunboyu qol vurmaq üçün bir imkan tapan kimi, ondan istifadə edirlər.

- “İnter”in 13 tur uduzmaması fakti sizi narahat etmir?

- Bizim ən çəkindiyimiz rəqib belə komandadır. Digər klublar, deyək ki, “Qarabağ”, AZAL və digərləri bizimlə açıq oynayırlar. Ancaq, “İnter” müdafiəyə çəkiləcək və yalnız əks hücumlar təşkil edir. Sözsüz bu, bu, bir yaxşı məşqçi işidir ki, istədiyi nəticəni alır. Lakin meydanda əsil futbol mübarizəsi getmir. “İnter”in qalib gəldiyi oyunların çoxusu 1:0 hesabı ilə başa çatıb. Belə komandayla oyunda müdafiəni yarıb cərimə meydançasına girmək çətin olur. Gərək, ilk olaraq oyuna elə başlayaq ki, sonra çox əziyyət çəkməyək. Əgər “İnter” birinci qol vursa, bizə çox çətin olacaq. İnşallah, çalışacağıq ki, onların bu uğurlu seriyalarına son qoyaq.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord