Uinston Parks: "Belə stadionları görəndə..."

Uinston Parks: "Belə stadionları görəndə..."
XƏBƏR 13 Dekabr 2011 / 15:44 3616
-  A +

"Bakı" klubunun kosta-rikalı hücumçusu Uinston Parksın "Toplu Bakı"ya müsahibəsi


"Limonlu oğlan" 

Kosta Rika Mərkəzi Amerikada kiçik bir ölkədir. Mən doğulduğum şəhər isə ölkənin cənub şərqində, daha çox qaradərililərin üstünlük təşkil etdiyi bölgədə kiçik Limon şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşir. Ailəmiz böyük olub. Atam isə demək olar, bizə baxmayıb. O yerli dəmir yol stansiyasında mexanik işləyirdi. Anam isə evdar qadın olub.  Bizi demək olar  anam və ana nənəm saxlayıb. Buna baxmayaraq, uşaqlığım elə də çətin keçməyib. Heç nədən korluq çəkməmişik.

Böyük qardaşlarımla 10 yaşımdan küçələrdə futbol oynamağa başlamışam. Onlar futbol dərnəyində məşqə gedəndə  məni də özləri ilə birgə aparırdılar. Balaca olsam da, onlarla bir yerdə oynayırdım. Məşqçilərin gözü məni tutmuşdu. Tezliklə məni şəhəri təmsil “Limondense”yə götürdülər. Oradan da yeniyetmələrdən ibarət milliyə çağrıldım. 15 yaşım vardı. Burda ölkənin başqa şəhərlərinə gedər, turnirlərdə şəhəri təmsil edərdik. Yaxşı qaçdığım üçün məni “qırxayaq” həşəratına bənzədirdilər.  


Mundiallar

Gənclərdən ibarət milli  komandanın heyətində iki Dünya çempionatında iştirak etmişəm. 1999-cu ildə Nigeriyada, 2001-ci ildə isə Argentinadakı final mərhələlərində çıxış etmişəm. Sonuncu turnirdə 4 qol vurub ən yaxşı snayperlərin sırasına düşdüm. Buna görə də İtaliyanın “Udeneze” klubu  mənimlə müqavilə bağladı. Bu klubun əsas məqsədi məni hazırlayıb böyük klublardan birinə satmaq idi. Orada əsasən, əvəzedici heyətdə oynadığım üçün burda qalmaq istəmədim. Klub rəhbərliyindən xahiş etdim ki, məni icarəyə versinlər. Bir mövsüm “Askoli”də keçirsəm də, orada da möhkəmlənə bilmədim. Həmin vaxt milli komandamız Dünya Çempionatına vəsiqə qazanmışdı. Baş məşqçi turnirə məni də apardı. İki oyunda meydana çıxdım. Türkiyəyə vurduğum qoldan sonra diqqət mərkəzinə düşdüm. Bundan sonra “Udeneze” məni Moskva “Lokomotiv”inə satdı. Rusiyadan sonra bir ara Çexiyada oynayıb Kosta Rikaya qayıtdım. Avropaya ikinci gəlişim 2008-ci ildə baş tutdu. Rumıniya “Timişoara” sına ardından Azərbaycana – “Xəzər Lənkəran”a gəldim. Bu gün isə “Bakı”nın futbolçusuyam.

Kosta Rikanın bütün yaş qrupları üzrə milli komandalarında oynamışam. Milli komandanın heyətində ən yaddaqalan oyunum – 2002-ci ildə Yaponiya və Koreyada keçirilən Dünya çempionatında, Türkiyəyə qarşı oyun oldu. Həmin qarşılaşmada mənim vurduğum qol komandamı məğlubiyyətdən qurtardı.  Oyunun ikinci hissəsində türklər bir qol vurub irəli çıxmışdılar. Həmin vaxt onların çox güclü heyəti vardı. Biz isə əzmkar oyunla onlara qalib gəlib növbəti mərhələyə çıxmaq istəyirdik. 86-cı dəqiqədə vurduğum qolu karyeram boyunca unutmayacağam. Həmin qolun vurulması epizoduna youtubda tez-tez baxıram.Təəssüf ki, komandamız bu oyunda qalib gəlmədi... 


Azərbaycan

Azərbaycan mənim karyerama yeni nəfəs gətirdi. Bura okeanın o tayına o qədər də tanış olmayan kiçik bir Avropa ölkəsidir. Əvvəllər Azərbaycanda oynadığımı deyəndə çoxları buranın harada olmasını bilmirdi. Rusiya, Türkiyə və İranın həmsərhəd olduğunu deyəndə tanıyırdılar. Sizin dünya miqyasında tanınan böyük qonşularınız var. Azərbaycanda gördüklərimdə sonra  inanıram ki, yaxın illərdə Azərbaycanı onlara görə yox, möhtəşəm, varlı bir ölkə olmasına görə tanıyacaqlar.


Premyer Liqa

Azərbaycan liqası gün-gündən güclənir. Burada yaxşı maliyyə dayaqları olan klublar var. Yaxın illərdə buraya daha adlı-sanlı futbolçuların gəlişini gözləmək olar. Bunun üçün hər bir klubun əla ot örtüklü meydançası və rahat bazasının olması mütləqdir. Təəssüf ki, regionların çoxunda meydançalar və infrastruktur bərbad vəziyyətdədir. Belə stadionları görəndə adam futbol oynadığına peşman olur. Futbolçu üçün ən vacibi yaxşı meydançadır. Belə olsa, biz daha həvəslə oynayar,  ustalığımızı artıra bilərik. Yaxşı stadionlar olmasa, Azərbaycan futbolunda inkişaf olmayacaq. 


“Bakı”

“Bakı” - Azərbaycan səviyyəsində ən böyük klubdur. Burada yaradılan şərait, maliyyə imkan verir ki klub daha ciddi uğurlar qazansın. Klubun uşaq və gənclər futbolu ilə bağlı strategiyası var. “Bakı”nın regionda tanınan bir kluba çevriləcəyinə inanıram. Bildiyimə görə yaxın illərdə burada 1000-ə yaxın futbolçu olacaq. Azərbaycanda futbolun gələcək inkişafı “Bakı” klubu ilə birbaşa bağlı olacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı