Məsut Özil "Real"ı tərk edəcək?

Məsut Özil "Real"ı tərk edəcək?
XƏBƏR 13 Dekabr 2011 / 14:27 3306
-  A +

"Real" (Madrid) klubunun türk əsilli futbolçusu Məsut Özilin komandadan ayrılacağı iddia olunur.

Qol.Az-ın məlumatına görə, son zamanlar baş məşqçi Joze Mourinyo ilə aralarında müəyyən problemlərin yaşandığı söylənilən Özil "Yuventus"un maraq dairəsinə düşüb.

Turin təmsilçisi türk futbolçunu transfer etməklə yarımmüdafiədə olan boşluğu doldurmaq niyyətindədir. Mourinyonun "Barselona"ya (1:3) məğlubiyyətdə əsas günahkar kimi gördüyü Özilin qışda olmasa belə, mövsümün sonunda Madriddən ayrılması "Yuventus"u hərəkətə keçirib.

"Yuventus" rəhbərliyi də məhz "Real"dan ayrılan futbolçuların İtaliyada parladığını əsas gətirərək Özili transfer etməkdə olduqca israrlıdır. Lakin "Real"ın 23 yaşlı futbolçu üçün nə qədər pul istəyəcəyi isə hələlik məlum deyil. Özilin gələcək taleyi isə daha çox Mourinyodan asılıdır.  

Qeyd edək ki, 2010-cu ildən "Real"da çıxış edən Özil keçirdiyi 51 oyunda 6 dəfə rəqib qapılarına yol tapıb. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı