"Qəbələ"nin "Turan"la 18-ci dueli

"Qəbələ"nin "Turan"la 18-ci dueli
XƏBƏR 13 Dekabr 2011 / 14:02 2205
-  A +

Unibank Premyer Liqasının XVII turunda "Qəbələ" səfərdə Tovuzun “Turan” klubu ilə qarşılaşacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belə ki, indiyədək 17 dəfə qarşılaşan komandaların duelində 11 dəfə məhz “Qəbələ” qələbə qazanıb.

Komandaların ilk dueli hələ “Qəbələ” I divizionda çıxış etdiyi vaxta təsadüf edir. Həmin vaxt kubok duelində “Turan” yeganə qolun sayəsində mərhələ adlayıb. Kubokdakı qisas 3 il sonra alınıb. Özü də 2 qələbə ilə.

Çempionatda isə ilk 3 mövsümdə komandalar hərəyə 2 qələbə qazanıb, 2 bərabərliklə kifayətləniblər. 2009/10 mövsümündən başlayaraq isə “Turan” “Qəbələ” üçün 3 xal mənbəyinə çevrilib. Bu müddətdə ardıcıl 7 qələbə qazanan Qəbələ təmsilçisi ilk 6 uğurunu quru qələbələrlə qeyd edib.

Yalnız cari mövsümdə “Turan” "Qəbələ"nin qapısına 1 qol vurub. Lakin bu da 7-ci qələbəyə mane olmayıb.

Ardıcıl 8-ci qələbə üçün meydana çıxacaq "Qəbələ" ümumilikdə 17 görüşdə 11 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə də uduzub. Top fərqində isə üstünlük az qala ikiqatdır – 18:10.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı