Azərbaycan çempionatında futbolçular əlbəyaxa davaya çıxdılar

XƏBƏR 13 Dekabr 2011 / 13:01 3270
-  A +

AFFA-nın keçirdiyi U-17 Liqasında ciddi qalmaqal qeydə alınıb.
Qol.Az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Tovuzda keçirilən “Turan” – AZAL oyununda qeydə alınıb.

AFFA Intizam Komitəsinin bu gün çıxardığı qərarda deyilir ki, oyun çatdıqdan sonra stadionun direktoru Yusif Cəfərov AZAL klubunun futbolçusu Elməddin Hüseynzadəyə yaxınlaşaraq ona zərbə endiribr. Bu səbəbdən həmin şəxs 12 oyunluq cəzalanıb.

Bu hadisədən sonra hər iki klubun futbolçuları arasında insident baş vermiş və AZAL klubunun futbolçularına azarkeşlər tərəfindən hücum edilib. Yuxarıda göstərilənləri nəzərə alaraq, adıçəkilən yarışlarda təhlükəsizliyə ciddi nəzarət olunması və təhlükəsizlik təbbirlərinin gücləndirilməsi tapşırılıb.

Daha bir qalmaqal U-14 Liqasının “Masallı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra yaşanıb. “Xəzər Lənkəran” klubunun məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir edib. Bu səbəbdən AFFA İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb. Oyun başa çatdıqdan sonra azarkeşlərdən biri yan xətt hakimi Orxan Səfiyevə yaxınlaşaraq ona zərbə endirib. İntizam Komitəsi yarışları keçirən departament və Regional Futbol Federasiyasına oyunlarda təhlükəsizliyə ciddi nəzarət etməyi və təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı