"Fənərbaxça"da qalmaqal: Əmrə ilə Baroni dalaşdı

"Fənərbaxça"da qalmaqal: Əmrə ilə Baroni dalaşdı
XƏBƏR 13 Dekabr 2011 / 12:33 2723
-  A +

Türkiyə Superliqasının sonuncu turunda dünən səfərdə "Bursapor"u 2:0 hesabı ilə məğlub edən "Fənərbaxça" klubunda qalmaqal yaşanıb.

Qol.Az-ın məlumatına görə, matçın gedişində "sarı-lacivərdlilər"in iki oyunçusu - Əmrə Bəlözoğlu və Kristian Baroni arasında ciddi mübahisə yaranıb.

Buna isə braziliyalı futbolçunun müdafiədə kobud səhvə yol verməsi səbəb olub. Məhz onun səhvi nəticəsində "Bursaspor"un "Fənərbaxça"nın qapısı ağzında böyük təhlükəli yaratması Əmrəni özündən çıxarıb.

Dərhal Baroninin yanına gedərək ona öz etirazını sərt şəkildə bildirən Əmrə qarşı tərəfdən də eyni münasibəti görərkən ara qarışıb. Bu mübahisə paltardəyişmə otağında da davam edib.

İki futbolçu arasında yaşanan gərginlik "Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocamanı da bərk əsəbləşdirib. Kocamanın hər iki futbolçunu əsas heyətdən kənarlaşdıracağı bildirilir. 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq